Paşinyan ABŞ -də “erməni soyqırımı”nın avantüra olduğunu təkrarladı – “İstəyirlər ki, biz həmişə idarə oluna bilək”
ABŞ-də işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşüb.
Paşinyan bildirib ki, Ermənistan Respublikasının varlığı üçün elə şərait yaradılmalıdır ki, regionda kənar müdaxilə olmadan yaşamaq mümkün olsun: “Biz qarşımıza məqsəd qoymalıyıq ki, regionumuzda kənar yardım və müdaxilə olmadan yaşamaq imkanımız olsun”.
Qeyd edək ki, Paşinyan bu açıqlamasında Rusiyanın “erməni soyqırımı” iddialarından həm sovetlər zamanı, həm də müstəqillik dövründə Türkiyəyə qarşı istifadə etməsinə eyham vurub.
O, daha əvvəl də deyib ki, bu iddiaların geniş təbliğ olunması 1950-ci ildən-Türkiyənin NATO üzvlüyünə qəbul olunmasından sonraya təsadüf edir. Sovet imperiyası “erməni soyqrımını” ortaya atmaqla Türkiyəyə qarşı ərazi iddiaları formalaşdırmağa, onu təzyiq altında saxlamağa çalışıb. Ona görə də Ermənistanın bu avantüranı davam etdirməsi onun Azərbaycan və Türkiyə kimi regional güclərin qarşısında köməksiz vəziyyətdə qoyur.
Paşinyan İsveçrə erməni icması ilə görüşündə “erməni soyqırımı” ilə bağlı əvvəlki açıqlamasına da qısaca toxunaraq bildirib ki, bu hadisələrin niyə və kimlər vasitəsilə qavradığımızı anlamaq lazımdır.
“Lakin biz başa düşməliyik ki, son nəticədə bizi idarə etmək üçün əsas alət müstəqil yaşamağımızı qeyri-mümkün etməkdir. Ki, biz həmişə idarə oluna bilək”, - o, amerikalı ermənilərə görüşü zamanı qeyd edib./Azpolitika.info
Bu xəbər üçün şərh yazın