"Paşinyanın yersiz replikaları həm də Avrasiya İqtisadi Şurasına münasibət idi" -DEPUTAT
Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında xüsusi qonaq qismində iştirakı təsadüfi deyildi.
Məlumdur ki, Azərbaycan ikitərəfli formatda, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir. Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycanın həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi mövcuddur. Bu mənada Azərbaycanın bütün təşkilatlarda olduğu kimi, Avrasiya İqtisadi Şurası üçün də cəlbediciliyi var. Ermənistan isə bu təşkilatda ümumiyyətlə nüfuz sahibi deyil. Paşinyanın toplantını pozmaq cəhdi həm də Ali Avrasiya Şurasına münasibət idi.
Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin üzvü,deputat Könül Nurullayeva deyib.
Deputat qeyd edib ki,üçtərəfli görüşə gəlincə, Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının toplantısında səsləndirdiyi yersiz replikalar onun sülhdə maraqlı olmadığını təsdiqlədi. Şuranın iclasında protokol qaydalarını pozan erməni baş nazir hər vəchlə normallaşmanın mümkün olmadığını sübut etməyə çalışırdı. Halbuki Moskva görüşündən öncə israrla ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Amma üçtərəfli görüşdən öncə Ali Avrasiya İqtisadi Şurasının toplantısında Zəngəzur dəhlizi və Laçın yolu ilə bağlı cəfəng iddialar səsləndirməklə hər hansı razılığın olmayacağının anonsunu verdi. Onun sərsəm açıqlamalarından sonra aydın oldu ki, Rusiyanın dəstəyi ilə keçirilən üçtərəfli görüşdə hər hansı sənədin qəbul edilməsi gözlənilmir. Ermənistan həmişəki ənənəsinə sadiq qalaraq yenə də bunda maraqlı olmadığını göstərdi. Eyni zamanda, bu, Ermənistanla Rusiya arasında artan gərginliyin də göstəricisi idi.Dövlət başçımız Paşinyanın cavabını verib, ona yerini göstərdi. Prezident bir daha bəyan etdi ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. “Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil.
Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir” deyən ,Azərbaycan Prezidenti həm də mövcud reallığı bu platformada bəyan etmiş oldu. Rusiya Prezidenti Vladimir Putinin fikirləri isə bir daha Ermənistanın iddialarının əsassız və yersiz olduğunu təsdiqlədi. Rusiya Prezidentinin reaksiyası, Paşinyanın termin oyununu rədd etməsi diletant baş nazir üçün zərbə oldu. Moskva görüşünün yekununda aydın oldu ki, hələ də tənzimlənməmiş məsələlər qalır. Amma Rusiya Prezidenti hesab edir ki, bu məsələlər sırf texniki xarakter daşıyır.
Terminologiyaya gəlincə, Paşinyan dərk etdi ki, bu cür terminlərin arxasında reallıqların və hadisələrin dəqiq qavranılması dayanır. Onlar müvafiq sənədlərin imzalanmasından sonra gəlir. Bu mənada artıq növbəti müzakirələrdə sözçülüyə yer qalmadı.
Bu xəbər üçün şərh yazın