Paytaxtda 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub - 1 nəfər işdən çıxarılıb
Keçən il Bakıda şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub.
APA.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad edilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın