Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi, Balakəndə “Kalaşnikov” aşkarlandı
Fevralın 15-də Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Elşən Zeynəddin oğlu Orucova məxsus bir ədəd "Kalaşnikov" markalı avtomat silah və 1 ədəd həmin silaha aid daraq Balakən rayonu Mahamalar kəndi ərazisində aşkar edilərək götürülüb.
Bu barədə Penitensiar xidmətdən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın