Penitensiar xidmətin Baş idarəsində 8 noyabr – Zəfər günü münasibətilə tədbir keçirilib

Penitensiar xidmətin Baş idarəsində 8 noyabr – Zəfər günü münasibətilə tədbir keçirilib - FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsində 8 noyabr – Zəfər günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov çıxış edib.

Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Faktinfo.az xəbər verir ki,nazir müavini çıxışında 44 günlük Vətən Müharibəsində qazanılan Böyük Zəfərin və lokal antiterror tədbirlərinin uğurlu nəticəsindən söz açaraq, 8 Noyabr – Zəfər gününün xalqımızın qürur mənbəyinə çevrildiyini qeyd etdi. Çıxış zamanı vurğulandı ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz Ordu və “dəmir yumruğ”a çevrilmiş xalq Ulu Öndərin ən ümdə arzusunu 17 ildən sonra gerçəkləşdirdi. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim... Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır” sözləri hər birimizin qürur mənbəyinə çevrildi. Müzəffər Ali Baş Komandan müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi, onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdılar.

Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərin xatirəsinin əbədiləşməsinə, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycan gəncliyi naminə canlarından keçiblər. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir”.

Mirsalaeh Seyidov bildirdi ki, Ulu Öndərin 100 illiyinin qeyd olunduğu bir vaxtda Qarabağda suverenliyimizin tam bərpası böyük rəmzi məna daşıyır. Əminliklə deyə bilərik ki, Qarabağdakı tam və qəti qələbə İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin həm məntiqi nəticəsi, həm də ən yüksək zirvəsi oldu. Təsadüfi deyil ki, üçrəngli bayrağımız da Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran üzərində məhz həmin gün – oktyabrın 15-də qaldırıldı.

Nazir müavini qələbənin təməlini təşkil edən şəhidlərimizin, qazilərimizin rolundan söz açaraq, əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyinin Dövlət başçısı tərəfindən dəfələrlə vurğulandığını və çıxışlarından birində: “Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir” – dediyini bildirdi.

Müharibə iştirakçılarına, qazilərə, şəhid ailəsi üzvlərinə ədliyyə orqanları tərəfindən göstərilən diqqət və qayğının ədliyyə naziri cənab Fikrət Məmmədovun hər zaman diqqətdə saxladığını vurğulayan nazir müavini bu gün Penitensiar xidmətdə işləyən müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinin də bu qayğı ilə əhatə olunduğunu qeyd etdi.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş film izlənildi.

Tədbirdə Penitensiar xidmətdə işləyən vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri iştirak ediblər.










Penitensiar xidmətin Baş idarəsində 8 noyabr – Zəfər günü münasibətilə tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi