Peskov Kadırovun jurnalistləri hədələməsindən danışdı: -

Peskov Kadırovun jurnalistləri hədələməsindən danışdı: - "Putinə deyəcəyəm"

"Kremlə "Exo Moskvı” radiosundan Çeçenistan rəhbəri Ramzan Kadırovun jurnalistləri hədələməsi ilə bağlı ilə bağlı müraciət daxil olub".

AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, gün ərzində ölkə başçısına müraciətlə bağlı məruzə ediləcək.

- Bəli, biz diqqət yetirdik. Müraciətlə bağlı bu gün dövlət başçısına məlumat veriləcək, - Peskov deyib.

Xatırladaq ki, “Exo Moskvı”nın baş redaktoru Aleksey Venedikt Putinə müraciət edərək Çeçenistandan jurnalistlərə təhdidlərin gəldiyini deyib. O, digər mediadan olan həmkarlarının Çeçenistan hakimiyyətindən aldığı təhdidlərdən narahatlığını ifadə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi