Pezeşkian Ərdoğana təşəkkür etdi

Pezeşkian Ərdoğana təşəkkür etdi 

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan danışıqlarda Türkiyənin roluna diqqət çəkərək Prezident Rəcəb Tayyib Ərdoğana və xarici işlər naziri Hakan Fidana təşəkkür edib.

Tehranda on minlərlə insanın toplandığı Azadi meydanında İran inqilabının 47-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən Pezeşkian ABŞ ilə nüvə danışıqları və regional diplomatiya məsələlərinə toxunub.

Prezident çıxışında Türkiyəyə minnətdarlığını ifadə edərək bildirib ki, Ankara İranla bağlı məsələlərdə həssas mövqe nümayiş etdirib və problemlərin diplomatik yolla həlli üçün səy göstərib. O, həmçinin Azərbaycan Respublikası, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı və Misirə də təşəkkür edib. Pezeşkian qeyd edib ki, bu ölkələr İsrail və ABŞ-ın “mənfi niyyətli planlarının” reallaşmaması üçün diplomatik səylər göstəriblər.

Nüvə proqramı ilə bağlı danışan İran lideri ölkəsinin silah istehsal etmək niyyətində olmadığını bir daha vurğulayıb. Onun sözlərinə görə, ABŞ və Avropa tərəfindən səsləndirilən bəyanatlar etimadsızlıq mühiti yaradır və bu da danışıqların nəticə verməsinə mane olur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi