Pezeşkian Netanyahunu cinayətkar adlandırdı
İran Prezidenti Məsud Pezeşkian İsrailin Baş naziri Benyamin Netanyahunu cinayətkar və zalım adlandırıb.
O, bu barədə özünün X səhifəsində paylaşım edib.
“Günahsız, köməksiz insanların və uşaqların öldürülməsi cinayətinə göz yummaq olmaz, cinayətkarı ayaq üstə alqışlamaqla sonu təmizə çıxarmaq mümkün deyil. Günahsız qan heç vaxt zalımın yaxasını buraxmayacaq”, - Pezeşkian yazıb./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın