Polşa Universitetinin müəllimləri Qərbi Kaspi Universitetində mühazirələr deyəcək

Polşa Universitetinin müəllimləri Qərbi Kaspi Universitetində mühazirələr deyəcək 

Qərbi Kaspi Universiteti “Erasmus+” proqramı çərçivəsində xarici universitetlərlə müəllim və tələbə mübadiləsi əməkdaşlığını davam etdirir.

Layihə çərçivəsində növbəti tədris ilinin sentyabr ayında Nicolaus Copernicus Universitetinin müəllimləri Przemyslaw Charzynski və Dr. Marcin Switoniak Turizm ixtisası üzrə təhsil alan tələbələr üçün mühazirələr deyəcək.

Qonaq müəllimlərin mühazirələri dünya ölkələrində coğrafi, tarixi, etnik, mədəni və turizm məsələləri, bir sıra regionlarda torpaqların dağılmasının əsas növlərinin nəzərdən keçirilməsi və bunun ekoloji qaçqınların miqrasiyasına və turizm məsələlərinə təsiri, macəra və adrenalin turizm məsələləri, kulinariya və s. istiqamətləri əhatə edəcək.

Proqram çərçivəsində eyni zamanda Qərbi Kaspi Universitetinin müəllimi Nicolaus Copernicus Universitetində dərs deyəcək. Universitetin Biznes məktəbinin dekanı Konül Hilal 2018-ci ilin oktyabr ayında Nicolaus Copernicus Universitetində bir həftə ərzində “Turizmdə marketinq” mövzusunda mühazirələrlə çıxış edəcək.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi