Pop kraliçası Harrisi dəstəklədi – Qısa müddətdə 5 milyondan çox dəstəkçi topladı
Dünyaca məşhur pop kraliçası Teylor Svift Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib.
Azpolitika.info Qərb mediasına istinadla xəbər verir ki, Svift Harrisin rəqibi Donald Trampla debatından sonra “İnstagram”-da yazıb: “Hesab edirəm ki, o, özünə güvənən və istedadlı bir liderdir və inanıram ki, əgər bizi xaosdan çıxarıb sakit idarə edərsə, bu ölkədə daha çox şeyə nail ola bilərik”.
Müğənni Harrisin Tim Valzı vitse-prezident kimi seçmək qərarını da yüksək qiymətləndirərək, qadın hüquqları uğrunda onilliklər ərzində mübarizə apardığını qeyd edib.
Üç saat ərzində Sviftin paylaşımı beş milyondan çox bəyənmə toplayıb. Harrisin komandası bildirib ki, Sviftin dəstəyi onlarla razılaşdırılmayıb. Tim Valz isə müğənninin paylaşımını “MSNBC”-yə müsahibəsi zamanı öyrənib. Yazı ona oxunanda o, gülümsəyərək deyib: “Bu, aydın mesaj idi. Amerikanı ayağa qaldırmaq üçün belə bir cəsarətə ehtiyacımız var”.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Ən son sorğular göstərir ki, Harris Trampı bir neçə faiz səslə qabaqlayır. Bununla belə, bəzi ştatlarıda namizədlərin səs faizləri təxminən bərabərdir, bəzilərində isə Trampın cuzi üstünlüyü var.
Bu xəbər üçün şərh yazın