Preziden onlara Milli Qəhrəman adı verdi
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı həlak olan ekipaj üzvlərinə - Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra), Əliyeva Hökumə Cəlil qızına (ölümündən sonra) Azərbaycan Milli Qəhrəmanı adı verilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Onlar qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif ediliblər:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın