PREZİDENT BU SƏFİRLƏRİ GERİ ÇAĞIRDI -

PREZİDENT BU SƏFİRLƏRİ GERİ ÇAĞIRDI - Yeni təyinatlar + FOTOLAR

 Prezident İlham Əliyevin sərəncamına əsasən Niderland, İndoneziya, Qətər, Çexiyayaya yeni səfirlər, BMT-yə isə yeni daimi nümayəndə təyin edilib.

Sənədə əsasən, Azərbaycanın Niderlanddakı yeni fövqəladə və səlahiyyətli səfiri Məmməd Bahəddin oğlu Əhmədzadə olub. 

Qeyd edək ki, M.Əhmədzadə bundan əvvəl Azərbaycanın İtaliyadakı səfiri vəzifəsini icra edib və 2022-ci ildə vəzifəsindən geri çağırılmışdı.

Həmçinin Cəlal Sabir oğlu Mirzəyev Azərbaycanın İndoneziyada, eyni zamanda Filippində, Timor-Leste Demokratik Respublikasında, Sinqapurda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. 

Ramil Əbil oğlu Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Adış Sakit oğlu Məmmədov isə Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 

Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Yaşar Əliyev Azərbaycanın Çexiya Respublikasında səfiri vəzifəsinə təyin edilib.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 

Adış Skit oğlu Məmmədov Azərbaycanın Qətərdə yeni səfiri təyin edilib. 

Həmçinin Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. 


Tofiq Fuad oğlu Musayev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi təyin edilib.



 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər