Prezident İlham Əliyevin Gəncə səfəri ADAU-ya stimul verib

Prezident İlham Əliyevin Gəncə səfəri ADAU-ya stimul verib 

Həmsöhbətim Qalib Rəhimli haqqında qısa arayış: 1984 cü ildə ADU-nun ( indiki BDU) jurnalistika fakültəsini bitirib. 4 il təyinatla Yardımlı rayon qəzetində işləyib. 1988-ci ildən həyatını Gəncə ilə bağlayıb və indiki Gəncənin səsi qəzetində çalışıb. Sonrakı illər “Space” televiziyasının Gəncə bölgə müxbiri, yerli “Alternativ” televiziyasında xəbərlərin baş redaktoru, son illər isə “İnteraz.tv”-nin bölgə müxbiri kimi fəaliyyət göstərib. İki idən çoxdur Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin rəhbəridir.

-Bu günlərdə ölkə başçısı Gəncədə oldu. Bir Gəncə sakini kimi bu haqda fikirlərinizi bilmək maraqlı olardı. 

- Noyabr ayının 10-u Gəncənin tarixinə qızıl hərflərlə yazıldı. Tək respublika ictimaiyyətinin yox, deyərdim dünyanın gözü Gəncəyə dikilmişdi. Yəni bu möhtəşəm səfəri dünya mediası da xüsui diqqətdə saxlayırdı. Çünki bütün dövlətlərin iqtisadi çətinlik yaşadığı bir dövrdə Gəncədə çox böyük obyektlərin açılışı oldu. Azərbaycan iqtisadi gücünü dünyaya, onu istəməyənlərə bu dəfə ölkənin ikinci şəhəri, qədim tarixə malik Gəncədən göstərdi.  Cənab Prezident qədim şəhərdə Gəncə Dövlət Filarmoniyasının yeni binasının, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tələbə evi kompleksinin, “Grand Qafqaz” Ticarət mərkəzinin, Mirzə Şəfi muzeyinin, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, “Yeni Gəncə” yarımstansiyasının açılışını edib, “Majestic Place” otelinin tikintisi ilə “Gəncə Mall” ticarət mərkəzində yaradılan şəraitlə və 1 saylı tam orta məktəbdə yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. Sıralamalara fikir verin. Görün nə qədər böyük layihələr reallaşıb Gəncədə. Deməli, Azərbaycan iqtisadi qüdrəti ilə həmişə təhsilin, mədəniyyət və incəsənətin, xidmət obyektlərinin yanındadır və böyük işlər davamlı formada aparılır. Səmimi deyirəm; mən bir ziyalı, jurnalist və nəhayət şəhər sakini kimi bu səfərdən, tarixdə qalacaq layihələrin reallaşmasından qürur duydum. Təbii ki, bu layihələrin gerçəkləşməsi üçün gecəsini gündüz etməyi bacaran vahid bir komanda lazım idi və belə  komandanı isə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev təyinatının ilk günündən formalaşdırmışdı. Elə bu səbəbdən də cənab Prezidentin təsdiq etdiyi və böyük maliyyə ayırdığı obyektlər olduqca keyfiyyətli və bütün standartlara cavab verəcək şəkildə tikildi, hətta vaxtından əvvəl istifadəyə hazırlandı. Qürur yaradan bir də odur ki, cənab Prezident səfərindən bir neçə gün sonra şəhərin abadlığı və inkişafı üçün daha xeyli vəsait ayırdı. Bu isə görülən işlərin dövlət başçısı tərəfindən qiymətləndirilməsi və mükafatlandırılması deməkdir. Nəzərə alsaq ki, cənab Prezident seçildiyi ilk gündən indiyə kimi, yəni, 14 ildə Gənəyə 15-ci səfərini edib, bir ziyalı kimi bu 

səfərlər mənim fikirlərimə çox böyük zənginlik gətirdiyini deməliyəm. Bu səfərlər şəhərim, ölkəm haqqında danışmaq imkanlarımı genişləndirib. 

-Dediyiniz kimi Prezident bir sıra müəssisələrin, o cümlədən də mətbuat xidmətinin rəhbəri olduğunuz ADAU-nun yeni formada desəm daha bir tələbə evinin də  açılışını etdi. Prezidentin bu dəyəri ADAU rəhbərliyi, kollektivi tərəfindən necə qarşılandı? 

- ADAU ailəsində Ulu öndərə də, cənab prezidentə də həmişə boyük hörmət, əvəzsiz ehtiram olub. Hər iki rəhbər fəaliyyətləri dönəmində aqrar sahənin inkişafını aqrar təhsilə qayğıda görüb. Bu təhsil müəssisəsinin ən səviyyəli elm məbədinə çevrilməsi üçün tarixi əhəmiyyət daşıyan işlərə imza atıblar. Bu üzdən ADAU ailəsi də,  onun rəhbəri də diqqət və qayğını hər an minnətdarlıqla yad edir, qayğıya əməli işlə cavab vermək üçün elmi potensiallarından maksimum istifadə edirlər. Nəticə isə həmişə uğurlu olur. Qayğı və diqqət olan yerdə, hər cür müasir şəraitə malik auditorya və tələbə evlərində, laboratoriya və təcrübə mərkəzlərində təbii ki, oxumaq da asnlaşır, etimadı doğrultmaq və qarşıya qoyulan vəzifələri icra etmək də. Cənab Prezidentin ADAU ailəsinə verdiyi bu dəyər Aqrar Universitet ailəsi tərəfindən olduqca yüksək qarşılanıb və bizə güclü bir stimul verib. 

-Artıq ikinci böyük tələbə evi istifadəyə verildi. Nə qədər tələbə bu imkandan yararlana biləcək? Tələbələrin yerləşmə problemi tam həll olunur, yoxsa hələ də kirayə qalanlar var? Və ya tələbələrin mənzil məsələsinin tam qarşılanması üçün qarşıda hansı planlar, işlər durur? 

- Bu tələbə evi 514 yerlikdir. Hazırda universitetdə 4834 nəfər tələbə bakalavriat pilləsi üzrə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75 faizi respublikanın müxtəlif şəhər və rayonlarından gələn gənclərdir. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitnes zalları, kafe, məişət və ticarət xidməti obyektləri, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb. Açılış zamanı Kənd təssərrüfatı naziri Heydər Əsədov tərəfindən verilən bu məlumatdan sonra cənab prezident daha bir tələbə evinin, müasir bir tədris korpusunun tikilməsi üçün təkliflərin hazırlanması tapşırığını verib. Həmçinin tələbələrin sayının 10 minə çatırlmasının vacibliyini vurğulayıb, Universitetin beynəlxalq almədə daha mükəmməl və geniş miqyasda tanınması üçün tövsiyyələrini söyləyib. Bütün bunlar Aqrar təhsilə göstərilən diqqətdir, qeyri neft sektorunun 

inkişafında aqrar səhənin yerinin gücləndirilməsi, bu istiqamətdə kadr potensialının təminatına yönələn qətiyyətli addımlardır. 

Tələbə evində qalmaq üçün şərtlər necədir? Kirayə qalmaq, yoxsa tələbə evi? Hansı daha sərfəlidir tələbələr üçün? 

Tələbə evində yaşamaq üçün elə ciddi şərtlər yoxdu. Tikilən tələbə evləri təbii ki, tələbələr üçündür. Əlbəttə tələbə istəyir ki, ucuz qiymətə, özü də tam şəraitə malik bu cür evlərdə yaşasın. İndi  Gəncədə ən ucuz kirayə bir nəfər üçün 60 manatdan aşağı deyi. Üstəlik tələbə yandırdığı qazın, işığın pulunu da özü ödəyir. Tələbə evində isə hər tələbə ayda 30 manat ödəməklə yaşaya bilir. Tələbə evi həm də kollektiv yaşamaq tərzidir, dostlaşma, səmimiyyət məkanıdır. İmtahanlara birgə hazırlaşmanın, keçirilən mədəni-kütləvi tədbirlərin isə əvəzi yoxdur. Elə bu üzdən tələbə bu cür şəraitə və imkana üstünlük verir, dövlətin yaratdığı müasir tələbə evlərində yaşamaq istəyir. 

-Bilirik ki, ADAU-nun rektoru tərəfindən tələbələrin təhsildə uğur qazanmaları üçün hər şərait yaradılıb və bu istiqamətdə böyük islahatlar aparılıb. Bu barədə nə deyərdiniz?  

-Son 4 ildə Aqrar Universitet çox böyük uğurlara imza atıb. Təbii ki, dövlətin dəstəyi ilə. Maddi-texniki baza gücləndirilib, tədris şəraiti ən müasir səviyyəyə çatdırılıb. Müəllimlərin hazırlığı təlabata cavab verəcək qədər yüksəlib. Kollektivdə uğurlu gəncləşmə siyasəti aparılıb. Xeyli sayda tədris-təcrübə sahələri, istixanalar, açıq və qapalı balıqyetişdirmə, quşçuluq mərkəzi, baytarlıq klinikası, 20 baş cins mal-qarası, 4 baş atı olan heyvandarlıq kompleksi və digər zəruri laborotoriyalar yaradılıb. Ən əsası universitetin köhnə imici tamamilə aradan qaldırılıb. Tələbə-müəllim münasibəti ən şəffaf həddə çatıb. Hər müəllim tələbəyə doğması kimi yanaşır. Təsəvvür edin ki, tələbə istənilən zaman arzu və istəyini, eləcə də problemini rektoruna deyə bilir. Müraciət isə anındaca həllini tapır. Bir faktı xüsusi vurğulamaq istəyirəm. Bu gün Aqrar Universitetin 30 ixtisasından 11-i dövlət sifarişlidir. Başqa formada desək bu il qəbul olan 1185 tələbənin 701 nəfəri təhsil haqqı ödəmir və əksinə dövlətdən təqaüd alır. Əlaçı tələbələr 104, zərbəçilər 88, adi tələbələr isə 55 manat təqaüdlə təmin edilir.   Dövlət Aqrar təhsilin və aqrar sahənin inkişafı üçün olduqca maraqlıdır və küllü miqdarda vəsait xərcləyir. Tələbənin asudə vaxtlarının təşkili, tarixi və görməli yerlərə ekskursiyalar, əyləncəli və intellektual tədbirlər, tələbələrin mükafatlandırılması və başqa məsələlər də həyata keçirilən işlər sırasındadır. 

Hazırda xarici ölkələrin Ali məktəbləri ilə tələbə mübadiləsi, əməkdaşlıq hansı səviyyədədir?      

-2009-cu ildən Universitetdə Beynəlxalq əlaqələr şöbəsi fəaliyyət göstərir.  Beynəlxalq əlaqələr şöbəsi xarici ölkələrin tanınan universitetləri ilə əlaqələr yaratmaq üçün həmin ölkələrin Azərbaycandakı səfirlikləri və nümayəndəlikləri ilə sıx əməkdaşlıq edir. Bu istiqamətdə ABŞ, Almaniya, Niderland, Macarıstan, Sloveniya, Polşa, Çexiya, Rumıniya, Bolqarıstan, Belarus, Finlandiya, İtaliya, İsrail, Belçika, Gürcüstan, Norveç, Rusiya, Türkiyə, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və sair ölkələrin tanınmış universitetləri ilə əməkdaşlıq sahəsində müqavilələr bağlanıb.  

Beynəlxalq əlaqələr nəticəsində bir qrup tələbə və müəllim Almaniyanın LOQO, PRAXX, Getec-Solutions təşkilatlarında, İstanbul  Universitetinin baytarlıq klinikasında, İzmir Baytarlıq klinikasında, Iğdır Universitetinin laboratoriyalarında, Sankt-Peterburq Baytarlıq Təbabəti  Akademiyasının klinikasında təcrübə keçib. 

 Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində 5 magistrant və 1 doktorant Polşanın Varşava Təbiət Elmləri və Poznan Təbiət Elmləri universitetlərində, 6 tələbə Macarıstanın Dunayvaroş Universitetində, 1 tələbə və 1 doktorant Macarıstanın Szent İstvan Universitetində, 6 magistrant və 1 doktorant Sloveniyanın Nova Qoriça Universitetində təhsil alıblar. 2 magistrant Macarıstanın Tempus təqaüd proqramı çərçivəsində Debrecen Universitetində, 4 tələbə Almaniyanın Vaynştefan-Trisdorf Universitetində, 1  tələbə Macarıstanın Kapoşvar universitetində magistr təhsili, 1 tələbə isə Türkiyənin Uludağ universitetində magistr təhsili alıb. 

ABŞ-ın İllinoys Universitetində bir nəfər doktorantımız professor Mohammad Babadoostun rəhbərliyi altında hazırda təcrübə keçməkdədir. 

Bundan başqa, Erasmus+ layihəsi çərçivəsində Macarıstanın Dunayvaroş Universitetindən iki müəllim mühəndislik fakültəsində, Sloveniyanın Nova Qoriça universitetindən professor Mladen Franko (aqronomluq üzrə), ABŞ-ın İllinoys Universitetindən Mohammad Babadoost (aqronomluq üzrə), Polşanın Varşava Təbiət Elmləri İnstitutundan 1 nəfər, Çexiyanın Cənubi Bohemiya Universitetindən 3 nəfər, Peşəkar məqsədlər üçün xarici dillərin tədrisi adlı layihə çərçivəsində Almaniya, Qırğızıstan, Qazaxıstan və Tacikistandan ümumilikdə 10 müəllim və universitet əməkdaşı ADAU-ya səfər etmişlər. 

Hal-hazırda Türkiyə, Gürcüstan, Rusiya və Özbəkistandan Universitetdə 16 tələbə təhsil alır. 

-Problemsiz, çətinliksiz həyat olmaz. Siz hazırda hansı problemlərlə qarşılaşırsız? Həmin problemlərin aradan qaldırılması üçün hansı işlər həyata keçirirsiniz? 

-Aqrar Universitet problemli illərini çoxdan arxada qoyub. Kifayət qədər şəraiti olan bu təhsil ocağında tədris üçün heç bir problem yodur. Dövlətin qayğısı və dəstəyi ilə ən gözəl şərait məhz bizdə yaradılıb. Yaxın vaxtlarda istifadəyə verilən Mühəndislik korpusunun özü bir universitet səviyyəsində yenidən qurulub. Eləcə də Aqranomluq, Baytarlı təbabəti və zoomühəndislik, Aqrotexnologiya, Aqrar iqtisadiyyat və Aqrobiznes və idarəetmə fakültələrində hər cür şərait var. Bircə qalır tələbə yaradılan şəraitdən bəhrələnib bazar rəqabətli kadr kimi yetişsin. Artıq bu tələbənin öz sabahına olan məssuliyyəti deməkdir. 

-Qalib müəllim, böyük bir təhsil ocağının mətbuat xidmətinin rəhbəri olmaq hansı məsuliyyəti və çətinlikləri doğurur? Ümumiyyətlə ali təhsil ocağının sözçüsü iş prosesini necə qurmalıdır, hansısa şərtlər, yazılmamış qanunlar varmı bu işdə? 

- Əvvəlcə bilmənizi istərdim ki, rektor İbrahim Cəfərovla işləmək sözün yaxşı mənasında həm çətin, həm də böyük məsuliyyətdir. Olduqca tələbkar, olduqca prinsipial və ədalətlidir. Onun üçün qohum, dost, yerli anlamları yoxdur. Oxuyan tələbə, işinə ciddi yanaşan müəllim və digər işçilər var. Kim bu şərtləri təmin edirsə o rektorun sevimlisi və işini biləndir. O ki, qaldı iş proseninin qurulmasına, mən bildiyim qədər mətbuat xidməti təhsil müəssisəsidə baş verənlərdən tam məlumatlı olmalıdır. Qəfil sorğular üçün gözlə öyrənim deyərəm deməməlidir. Sizin suallarınıza cavabla bağlı mən heç bir şöbəyə müraciət etmədim. Çünki biz hər gün siz dediklərinizlə yaşayırıq. Tədbirlərdə oluram, onun yayımını təşkil edirəm. Üstəlik hər saatda bir dəfə bütün elektron medianı izləyirəm. Bu olduqca vacibdir. Kim bizi necə görür sualına cavabı belə tapırıq. Amma çox təəssüf məqsədli şəkildə inkişafımızı kölgəli görənlərə, gözünü tor bürüyənlərə də rast gəlirik. Yəni, buna da təbii yanaşırıq. Sadəcə inkişafımızı və uğurumuzu görməyənləri vicdana və ədalətə səsləyirik. 

-Bir sözçü kimi sizdən soruşmaq istərdik; abituriyentlər ali təhsil müəssisəsi seçimi edəndə nəyə görə məhz  ADAU-nu seçsinlər? Nə deyerdiniz bu ilki abuturiyentlərə, hansı məsləhətləri görərdiniz? 

-Aqrar sahə hər zaman bütün yaşam normalarında özünün vacibliyini göstərib. Torpağın dilini bilmək, ona elmi cəhətdən yanaşmaq, əkib becərmək, heyvandarlıqda, balqçılıqda, arıçılıqda  və quşçuluqda təcrübələr qazanmaq, yerquruluşunu öyrənmək olquca zəruridir. Axı, indi insanlarımızın təmiz və təhlükəsiz qidalara ehtiyacı var. Başqa 

cür desək aqrar sahə həmişə olduğu kimi indi də həyatımızın ayrılmaz hissəsinə çevrilib. ADAU-nu seçmək torpağa qayıdış, onun sirrlərinə yiyələnməklə yanaşı həm də zamanın tələbi deməkdir. İndi bütün fermerlər yüksək bilikli aqranom, baytar balıqçı, arıçı axtarışındadır. Yəni, bu cür kadrlar üçün həmişə iş var.  ADAU-nu seçmək həm də şəffaf bir təhsil müəssisənin tələbəsi olmaq, hər cür təhsil və yaşama şəraiti olan bir ailənin üzvünə çevrilmək  deməkdir. Bayaq dediyim kimi 11 ixtisasımız dölət sifarişlidir və təhsil haqqı tələb olunmur. ADAU sabaha baxış, torpağa qayıdış və maddi nemətlər bolluğur. O üzdən bu ilki abuturiyentlərə məhz bu universiteti çeçməyi məsləhət bilirəm. Torpağa pənah gətirən heç zaman naümid qalmaz. 

ADAU-da ikinci ixtisas təhsili alan tələbələr də var. Digər ali təhsil ocaqları ilə müqayisədə bu sayda fərq çoxdurmu? Maraqlıdır, daha çox hansı ixtisasları seçir ikinci ali təhsil üçün gələnlər? Birinci ali təhsil alanlarla ikinci təhsilə gələnlər arasında müsbət və ya mənfi mənada fərqlər varmı? 

Haqqlısınız. Bizdə ikinci ixtisas təhsili alan tələbələr var. Son zamanlar buna maraq daha da artıb. Artıq insanlar aqrar sahəyə dövlət qayğısını görür və bu sahənin prespektivli və daimi olduğuna inanır. Bir misal deyim. Bakı Dövlət Universitetinin Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı fakültəsinin həm bakalavr, həm də magistr pilləsini bitirən, əslən Yardımlı rayonundan olan, ailəli  tələbə bizdə ikinci ixtisas kimi əczaçılıqda oxuyur. Özü də əyani. İndi marağı və üstünlüyü Siz düşünün. Elə Sizin özünüz-ən yaxşı jurnalistlərdən biri, sırf peşə sahibi-bizdə ikinci ixtisas alırsınız. Dediyiniz fərq məsələsini isə Siz daha yaxşı bilirsiniz. Bu təhsil müəssisəsində təhsil formasından asılı olmayaraq heç bir tələbəyə fərq qoyulmur. Yetər ki, oxusunlar və seçdikləri ixtisasın tam sahibi olsunlar. 

Rumiyyə Miraslan 

Faktinfo.az

Prezident İlham Əliyevin Gəncə səfəri ADAU-ya stimul veribPrezident İlham Əliyevin Gəncə səfəri ADAU-ya stimul veribPrezident İlham Əliyevin Gəncə səfəri ADAU-ya stimul veribPrezident İlham Əliyevin Gəncə səfəri ADAU-ya stimul veribPrezident İlham Əliyevin Gəncə səfəri ADAU-ya stimul veribPrezident İlham Əliyevin Gəncə səfəri ADAU-ya stimul verib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər