Prezident İlham Əliyevin yaşıl enerjiyə dair strateji investisiya layihələri

Prezident İlham Əliyevin yaşıl enerjiyə dair strateji investisiya layihələri 

Azərbaycan Cənubi Qafqazın siyasi-iqtisadi həyatında olduqca vacib rola malikdir.

Bu gün Azərbaycan Cənubi Qafqazda regional münasibətlər çərçivəsində mühüm layihələr həyata keçirir. 

2023-cü il dekabrın 25-də Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi innovativ layihələrin reallaşdırılması, ekosistemin restavrasiyası, yaşıl enerjinin yaranması və dünyaya nəql olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, 2021-ci il mayın 3-də azad olunan ərazilərdə yaşıl enerjinin yaradılmasına dair 2620 nömrəli sərəncama müvafiq olaraq Azərbaycanla Yaponiyanın TEPSCO şirkəti arasında əməkdaşlığın yaranması və müvafiq konsepsiyanın hazırlanması mühüm tarixi hadisələrdəndir.

Qarabağın, Şərqi Zəngəzurun, o cümlədən, Naxçıvanın yaşıl enerji zonası elan olunması, bərpası və yenidənqurulması prosesi, eləcə də sözügedən ərazilərdə innovativ yanaşmaların tətbiqi regionda yeni eranın başlanğıcının göstəricisidir.

 2024-cü il mayın 29-da Azərbaycanla Rumıniya, Gürcüstan və Macarıstan arasında birgə müəssisənin yaradılmasına dair memorandumun imzalanmasını qeyd etmək vacibdir. Sözügedən müəssisənin yaradılmasında məqsəd – “Yaşıl enerji dəhlizi” layihəsini həyata keçirməkdir. Həmçinin, bu layihə ilə regional enerji potensialının möhkəmləndirilməsi, eləcə də bərpaolunan mənbələrlə elektrik enerjisinin təmin olunması həyata keçiriləcək. Beləliklə də Qafqazda və Avropada “təmiz enerji”nin istehsalını və mübadiləsini asanlaşdırmaq mümkün olacaq.

 Azərbaycan milli prioritet kimi Cənubi Qafqazda ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına, su ehtiyatlarının, eləcə də dayanıqlı enerji mənbələrinin səmərəli istifadəsinə xüsusi diqqət yetirir. Belə bir layihəni reallaşdırmaq üçün isə investisiya axınlarının, həmçinin, texnoloji platformanın və bazanın olması önəmlidir.

 2024-cü il iyunun 21-də Bakıda baş tutan 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinə dair Prezident İlham Əliyevin “Euronews”a verdiyi müsahibədən aydın şəkildə məlum olur ki, Azərbaycana məxsus enerji layihələrinə bugün çoxsaylı sərmayələr yatırılır. Həmçinin, Azərbaycan artıq özü tərəfdaş olduğu ölkələr üçün Cənubi Qafqazda mühüm enerji mənbəyi rolunu icra edir. 2023-cü il oktyabrın 26-sında Prezident İlham Əliyevin 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışını həyata keçirməsi bu baxımdan önəmli tarixi hadisə idi. Həmin stansiyanın təməli isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.

 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi ilə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinə və Birləşmiş Ərəb Əmirliyinə məxsus "Masdar" şirkəti ilə birgə investisiyaların yatrılması, ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələrin imzalanması regionun gələcəyi naminə mühüm işlərin həyata keçirilməsindən xəbər verir.

Kamal Salayev

Siyasi şərhçi

 [email protected]


Prezident İlham Əliyevin yaşıl enerjiyə dair strateji investisiya layihələri
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər