Prezidenti Tbilisidə parlament binası qarşısında aksiyaçılara qoşulub
Gürcüstan Prezidenti Salome Zurabişvili paytaxt Tbilisidə parlament binası qarşısında nümayişçilərə qoşulub.
Bu barədə Report.az yerli mətbuata istinadən xəbər verir.
"Mən bu xalqla bir yerdəyəm. Bacardığım yerdə olacağam. Yeni (parlament) seçkiləri keçirilənə qədər bitməyəcək müqavimət başlayır", - Zurabişvili mitinqdə onu alqışlarla qarşılayan aksiyaçılara müraciət edərək deyib.
Qeyd edək ki, daha əvvəl Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb. Qanunvericilik binasının hər iki tərəfində gərgin vəziyyət mövcuddur. Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadəyə məcbur olublar.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın