Prezidentin general-mayor rütbəsi verdiyi Mirsaleh Seyidov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
M.Seyidovun dosyesini təqdim edirik:
M.Seyidov 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib. O, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmazdan öncə sözügedən qurumun Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini tutub. M.Seyidov bir sıra cəzaçəkmə müəssisələrinə rəhbərlik edib. O, 10 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisi vəzifələrində də çalışıb. Həmçinin 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib./Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın