Prezidentin köməkçisi Hikmət Hacıyev Britaniya səfiri ilə görüşdü

Prezidentin köməkçisi Hikmət Hacıyev Britaniya səfiri ilə görüşdü 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Faktinfo.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Fergus Auld “Twitter“də bildirib.

 

“Prezidentin köməkçisi Hikmət Hacıyevlə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik”, - diplomat qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi