Prezidentin sabiq köməkçisi Ağstafadan namizədliyini irəli sürdü

Prezidentin sabiq köməkçisi Ağstafadan namizədliyini irəli sürdü 

Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Sözügedən dairədən Milli Məclisin VI çağırış deputatı akademik Nizami Cəfərov idi.

Ötən gün Yeni Azərbaycan Partiyasının deputatlığa namizədləri sırasında onun adı qeyd olunmamışdı.

Xatırladaq ki, deputatlığa namizədliyini irəli sürən Azər Əmiraslanov daha əvvəl Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi olub./Unikal.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər