Prorektor aprelin 11-də Gürcüstanda olmayıb-Bakı Avrasiya Universiteti təkzib etdi

Prorektor aprelin 11-də Gürcüstanda olmayıb-Bakı Avrasiya Universiteti təkzib etdi 

Bakı Avrasiya Universitetindən prorektor Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması barədə yayılmış xəbərlərə münasibət bildirilib.

Bakı Avrasiya Universitetindən Faktinfo.az  saytına verilən məlumatda qeyd edilir ki,Günhan Hüseynov ümumiyyətlə aprelin 11-də  Gürcüstanın paytaxtı Tiflis şəhərində olmayıb.

"Universitetin prorektorunun şəxsi mövqeyinə aid belə xəbərlərin yoxlanılmadan yayılması düzgün hal  deyil və məsuliyyət yaradır.Bu barədə prorektorun qəbul edəcəyi qərardan sonra mətbuata əlavə xəbər veriləcək,"- məlumatda bildirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi