Putin: Hər şeyə tüpürdülər: zərbə endirdilər, dağıtdılar…
SSRİ-nin dağılması planetdəki qüvvələr balansında ciddi dəyişikliklərə səbəb oldu.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Vladimir Solovyovun “Dünya nizamı 2018” filmindəki müsahibəsində deyib. Onun sözlərinə görə, SSRİ-nin dağılması Balkan böhranı və İraq müharibəsinə səbəb oldu:
“SSRİ dağıldıqdan sonra bir sıra hadisələr baş verdi. Qafqazda radikalizm dəstəkləndi, 1999-cu ildə Yuqoslaviya bombardman edildi, həmçinin İraqda konflikt yaşandı. Hər şeyə sadəcə tüpürdülər. Zərbə endirdilər, ölkəni dağıtdılar. Əgər Yuqoslaviya xalqları müstəqilliyə can atırdılarsa, bu, yaxşı istək idi, amma bunu bu cür etmək lazım idimi?
Daha sonra Əfqanıstan, sonra İraq, sonra da NATO-nun iki dəfə genişlənmə dalğası oldu. Gözlənilməz idi, amma gözləmək lazım idi”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın