“PUTİNDƏN QORXMAĞA SON QOYUN!” – Boris Conson Qərb liderlərinə çağırış etdi

“PUTİNDƏN QORXMAĞA SON QOYUN!” – Boris Conson Qərb liderlərinə çağırış etdi 

“O, təsəvvür etmirdi ki, Ukrayna bir həftədə rusların bir ildə tutduğundan çox ərazi ələ keçirəcək”

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Kursk vilayətində həyata keçirdiyi hücuma heyran olduğunu deyib.

AzPolitika.info xəbər verir ki, B.Conson “Daily Mail” nəşrində dərc edilən məqaləsində ABŞ başda olmaqla, Qərb dövlətlərini Ukraynanın uzaqmənzilli silahlardan məhdudiyyətsiz istifadəsinə icazə verməyə çağırıb. Consonun sözlərinə görə, Kursk vilayətinin qubernatorunun Ukrayna qoşunlarının Rusiya ərazisinə daxil olmasına dair məruzəsi zamanı Vladimir Putin qıcıqlanıb və bu, rus diktatorunun nə dərəcədə alçaldıldığının bariz nümunəsidir: “Putin təsəvvür edə bilməzdi ki, Ukrayna tankları Rusiya ərazisinə girəcək və bir həftə ərzində rusların bir ildə tutduqlarından daha çox ərazi ələ keçirəcək”.

Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin hücumu Qərbin Ukraynanın cəsarətini və qətiyyətini lazımınca qiymətləndirmədiyini nümayiş etdirir. O, əmindir ki, müttəfiqlər Putindən qorxmağı dayandırmalı və Ukraynaya ABŞ-nin “ATACMS” və Britaniyanın “Storm Shadow” kimi uzaqmənzilli Qərb silahlarından istifadə etməyə icazə verməlidir: "Biz onların cəsarətini - qeyri-mümkün hesab edilən şeyləri etmək istəyini lazımınca qiymətləndirmədik. Biz onların rus işğalçısına qarşı qəzəbini - Putinin qoşunlarını Ukrayna torpağının hər qarışından qovmaq cəsarətini düzgün qiymətləndirmədik. Beləliklə, Tanrı xatirinə, mənasız putinofobiyanı bir kənara qoyaq və ukraynalılara bunu etmək üçün həqiqətən lazım olan vasitələri verək”.

O, həmçinin Britaniyanın hazırkı Baş naziri Kir Starmerə müraciət edərək Ukraynanı daha fəal dəstəkləməyə və müharibənin dayandırılmasına kömək etməyə çağırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər