“PUTİNƏ DEDİM Kİ, MOSKVANIN MƏRKƏZİNİ VURACAĞAM!” –

“PUTİNƏ DEDİM Kİ, MOSKVANIN MƏRKƏZİNİ VURACAĞAM!” – "O bilir ki, mən dəliyəm..."

ABŞ-nin keçmiş prezidenti Donald Tramp təəccübləndirməkdə davam edir. Bu dəfə Tramp Rusiya Prezidenti Vladimir Putini Moskvanı vurmaqla hədələdiyini deyib.

Azpolitika.info xəbər verir ki, Donald Tramp “The Wall Street Journal”a müsahibəsində deyib: “Dedim ki, Vladimir, əgər sən Ukraynanı təqib etsən, sənə elə güclü zərbə endirəcəm ki, buna inanmayacaqsan. Mən düz sənin Moskvanın mərkəzini vuracağam. Dedim biz dostuq. Mən bunu etmək istəmirəm, amma başqa seçimim yoxdur".

Onun sözlərinə görə, Putin “ola bilməz”, - deyərək cavab verib. Tramp daha sonra Putini yenə təhdid etdiyini söyləyib: "Mən dedim ki, sənin üçün çox ağrılı olacaq və mən o (lənətə gəlmiş) günbəzləri sənin başından götürəcəyəm”.

Tramp bu dialoqun nə vaxt və hansı şəraitdə baş verdiyini açıqlamayıb, lakin qeyd edib ki, onun və Putinin əla münasibəti var və Rusiya Prezidenti “mənim (lənətə gəlmiş) dəli olduğumu bilir”.

Keçmiş prezident 2017-ci ilin aprelində Floridadakı iqamətgahında olarkən Çin rəhbəri Si Cinpinlə söhbətinin məzmununu da açıqlayıb. Səfər Amerikanın Suriyanı bombalaması ilə üst-üstə düşüb. Tramp deyib ki, həmin vaxt Si Cinpinə xəbərdarlıq etmək qərarına gəlib: “Mən dedim ki, biz Suriyaya, çoxlu yeni təyyarələrin olduğu bir hava limanına indicə 58 raket atdıq. Sizin adamlar təhlükədə deyil”.

Onun sözlərinə görə, Çin lideri Trampdan dediklərini təkrarlamasını xahiş edib, bundan sonra Tramp ondan soruşub: “Sən ingiliscə danışırsan, elə deyilmi? Mən bunu təkrarladım və o başa düşdü. Əvvəlcə onun qəzəbləndiyini düşündüm. Yenə təkrar etdim. Sonra söhbətə qayıtdıq. O, kifayət qədər sakit idi. Amma o, qəddar adamdır”. Sabiq ABŞ prezidentinin dediyinə görə, Si Cinpin bundan sonra ABŞ-nin Suriyaya zərbə endirməsinin haqlı qərar olduğunu deyib.

Tramp həmçinin, Çin liderini Tayvanı işğala qalxsa, 200 faizlik ticarət rüsumu tətbiq etməklə və ya "ticarəti tamamilə kəsməklə" hədələyib: “Mənim bunu etməyimə ehtiyac olmamalı idi, çünki o mənə hörmət edir və dəli olduğumu bilir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi