“Putinə hər şey, Kiyevə heç nə” - Conson Trampın planını tənqid etdi

“Putinə hər şey, Kiyevə heç nə” - Conson Trampın planını tənqid etdi 

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın Ukraynaya dair “sülh planı”nı tənqid edib.

Conson bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib. Onun sözlərinə görə, Putin ukraynalı mülki şəxsləri, o cümlədən uşaqları amansızlıqla qətlə yetirir və bunun müqabilində ona güc yolu ilə və beynəlxalq hüquqa zidd olaraq zəbt etdiyi Ukraynanın suveren ərazisinə sahiblik etmək, Ukraynanın NATO-ya üzvlüyünü əngəlləməklə onun gələcəyinə nəzarət etmək, sanksiyalardan qurtulmaq, ABŞ ilə iqtisadi əməkdaşlıq etmək və silahlı qüvvələrini yenidən qura bilmək hüququ təklif olunur. Ukraynaya isə heç nə təklif olunmur.

"Ukraynaya gəlincə, amansız və əsassız işğala qarşı üç illik qəhrəmancasına müqavimətdən sonra o, nə qazanacaq? Onlar daim deyildiyi kimi, dünyada azadlıq və demokratiya uğrunda dəhşətli fədakarlıqlarına görə hansı kompensasiya alırlar? Təbii sərvətlərini ABŞ ilə bölüşmək imkanından başqa, onlar heç nə əldə edə bilmirlər. Bu razılaşmada Rusiyanı üçüncü təcavüzdən dayandıra biləcək nə var?” – deyə, o, bildirib.

O, Ukraynanın müttəfiqlərindən uzunmüddətli və davamlı təhlükəsizlik zəmanətinin alınmasının vacibliyini vurğulayıb: “Əgər biz Putinin növbəti vəhşiliklərinin qarşısını almaq istəyiriksə, Ukraynaya uzunmüddətli, etibarlı və hər şeydən əvvəl lazımi şəkildə maliyyələşdirilən təhlükəsizlik zəmanəti verməliyik. Bu zəmanət Böyük Britaniya, ABŞ və bütün Qərb müttəfiqləri tərəfindən verilməlidir”./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi