“Putinin Bakıda nə barədə danışdığını bilmirəm” - Zelenski
Məlum olduğu kimi, Vladimir Putinin Bakıya son səfəri Ukraynada birmənalı qarşılanmamışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski Putinin Bakı səfərilə bağlı jurnalistlərin suallarını cavablandırarkən, orada müzakirə olunan mövzulardan xəbərsiz olduğunu deyib: “Qoca babanın(Putin-red.) Azərbaycanda nə barədə danışması mənə məlum deyil. Əmin deyiləm ki, qazla bağlı olub. Məncə başqa məsələlər var”.
Zelenski əlavə edib ki, Rusiya qazının Ukraynadan nəqlinə dair “Qazprom”la müqavilənin uzadılması məsələsinə “nöqtə qoyulub”: “Rusiya ilə müqaviləni heç kim uzatmayacaq. Buna nöqtə qoyulub. Digər şirkətlərdən qaz nəqlinə gəlincə, bizim avropalı tərəfdaşların xahişləri olarsa, onların xahişlərini nəzərdən keçirəcəyik”.
Beləliklə, Zelenski dolayısı ilə də olsa Rusiya qazının “Qazprom” deyil, digər şirkətlərin vasitəsilə Ukrayna ərazisindən Avropaya nəqlini istisna etməyib.
Bu isə Ukraynada bəzi qüvvələrin Azərbaycana qarşı başlatdığı sifarişli kampaniyanın heç bir ciddi əsasının olmadığını təsdiqləyir./Azpolitika.info
Bu xəbər üçün şərh yazın