Putinin sərhəd açıqlaması şok etdi – İrəvana hansı mesaj verildi?

Putinin sərhəd açıqlaması şok etdi – İrəvana hansı mesaj verildi? 

Rusiya Prezidenti Vladimir Putin Monqolustanın “Onoodor” qəzetinə müsahibəsində bildirib ki, SSRİ-də respublikaların sərhədləri dəqiq çəkilməyib, süni sərhədlərdir.

O bu fikri Ukrayna dövlətinin yaranması kontekstində desə də, paralel olaraq Ermənistanla bağlı məsələni də aktuallaşdırır. Azərbaycan SSRİ arxivlərindəki xəritələrin ortaya çıxarılmasını istəyir.

Putinin bu bəyanatı Bakının sərhədlərlə bağlı mövqeyini gücləndirir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Putinin bu fikirləri əslində rus ordusunun Ukraynada nə üçün savaşdığına dair sualları əsaslandırmaq məqsədi daşıyır:

“Putin SSRİ dövründə dövlət sərhədlərinin süni şəkildə təyin edildiyi, daha çox proletar əsasın ön plana alındığını qeyd etdi. Bu fikirlər həqiqəti əks etdirir. Misal üçün, Krım yarımadası 1954-cü ildə Ukraynaya verilib və bu addım sırf proletar həmrəylik adı altında edilib.

O ki qaldı sözügedən fikirlərin Ermənistan-Azərbaycan arasında münaqişəyə təsirinə, deyə bilərəm ki, bu, İrəvana mesajdır. Ermənistan yaxşı bilir ki, onun əraziləri Azərbaycan torpaqları hesabına artırılıb. Putin əslində son müsahibəsində həm də bunun mesajını verir. Yəni Ermənistan Kremlin əleyhinə gedərsə, Rusiya tarixi xəritələr, faktlarla Ermənistan dövlətinin hansı ərazilərdə olduğunu göstərəcək”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi