Putinin supersilahı hədəfinə çatmadan vuruldu
Hələ 2018-ci ildə Vladimir Putinin supersilah adlandırdığı “Xəncər” aeroballistik raketləri Ukraynada öz hədəflərinə nadir hallarda çatır, çünki HHM sistemləri onu rahatlıqla vura bilir.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
“Dekabrın 14-də Rusiya 2023-cü ilin avqustundan bəri ilk dəfə olaraq Ukraynaya “Xəncər” ballistik raketini atdı və ehtimal ki, hərbi aerodromu hədəf almışdı. Rusiya bu raketlərdən yaxşı qorunan hədəfləri vurmaq üçün istifadə edir. Atışların bir çoxu nəzərdə tutulan hədəfə çatmadı, Ukrayna bu məğlubedilməz sistemin qarşısını almağı bacardı”, - məlumatda bildirilib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın