“Qaçqınkom” binaların dam örtüyünü icra başçısının oğluna məxsus olduğu bildirilən şirkətə təmir etdirəcək – 1.3 milyon sərf edəcək

“Qaçqınkom” binaların dam örtüyünü icra başçısının oğluna məxsus olduğu bildirilən şirkətə təmir etdirəcək – 1.3 milyon sərf edəcək 

Bakı şəhəri və Qəbələ rayonunda salınmış məcburi köçkün qəsəbələrində binaların dam örtüyünün təmiri işlərinə 1 295 000 sərf olunacaq.

 İşi “Avtoyoltikintiservis” MMC görəcək.

 

Sifarişçi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) və icraçı şirkət arasında müqavilə bağlanıb.

 

Qeyd: “Qaçqınkom”un rəhbəri Rövşən Rzayevdir. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Ramin Adil oğludur. Mətbuatda yayılan məlumatlarda bildirilir ki, R.Məmmədov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun oğludur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi