"Qalib xalqın qalib millət vəkili olmaq qürurvericidir" —

"Qalib xalqın qalib millət vəkili olmaq qürurvericidir" — Arzu Nağıyev

Milli Məclisə bu il keçirilən seçkilər qürurverici hadisədir.

Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunduqdan sonra seçilən millət vəkillərinin qürur hissə ilə vurğulayacağı bir məsələ var – qalib xalqın qalib millət vəkili olmaq”.


Faktinfo.az xəbər verir ki,bu fikirləri Demokrat.az-a açıqlamasında VI çağırış Milli Məclisinin deputatı Arzu Nağıyev deyib.

Arzu Nağıyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə Mərkəzi Seçki Komissiyasının fəaliyyəti xüsusilə qeyd olunmalıdır:

“Azad edilmiş bölgələrdə seçki komissiyaları qurulur, seçkiyə yüksək səviyyədə hazırlıq prosesi gedir. Bu, mühüm əhəmiyyət kəsb edən məsələdir. Çünki bütün dünyaya göstəririk ki, builki parlament seçkiləri ölkəmizin bütün ərazilərində keçirilir.

Bundan öncə prezident seçkiləri də suveren Azərbaycanın bütün torpaqlarını əhatə etdi. Bu gün bütün seçki məntəqələrinin üzərində Azərbaycan bayrağı dalğalanır, bu, əlamətdar hadisədir. Düşünürəm ki, tarixi qələbəmizdən sonra VII çağırış Milli Məclisi bütün məsələləri uğurla həll etməyə nail olacaq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi