
Qanan qanmaza borcludur!-İcra Başçısı Vüqar Novruzovun belə görüşləri davamlı etməsi məqsədəuyğundur!
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovu onunla görüşə gələn vətəndaşların kostyum geyməsinə görə tənqid etmək, İlahi bir haqsızlıqdır! Son zamanlar həqiqətən bir çox sosial şəbəkə istifadəçiləri başlarını itiriblər.Təki bunlar üçün necə gəldi tənqid olsun,vəssalam-şüttamam.Bununla da gündəlik işlərini tamamlamış olurlar sanki.
Faktinfo.az bildirir ki,bölgələrdə hava temperaturu,küləyin sürəti,nisbi rütubətin miqdarına dair məlumatlı olub-olmadan çayxanaya icra başçısının görüşünə gələn vətəndaşların hər birinin kostyumda olmasını əvvəlcədən planlaşdırılmış tədbir kimi qələmə vermək,səmimiyyətdən çox-çox uzaqdır.
Birincisi ona görə ki,orta və yaşlı nəslin nümayəndələri adətən kostyumda gəzirlər.
İkincisi,Göygöl rayonu corafi nöqteyi nəzərdən həm dağlıq ərazidə,digər tərəfdən də Azərbaycanın qərb hissəsində yerləşməklə Şimal,Şərq,Cənub,Qərb və Cənub-qərbdən soyuq iqlimi olan rayonlarla əhatələnir.
Üçüncüsü də,yay mövsümü olmasına baxmayaraq bölgələrdə mövcud hava temperaturunun heç də isti olmadığını,günorta və axşam saatlarında kostyum,pencək,gödəkcə geymədən gəzməyin çətin olduğunu el-aləm yaxşı bilir.
Bu təqdirdə,Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun çayxanada sakinlərlə görüşü zamanı özü nə geyməlidi,görüşdüyü şəxslər hansı libasda olmalıdır?! Düşündürücüdür,deyilmi!
Ona görə də mühakiməsiz ağıla gələni danışmaq,yazmaq təfəkkürcə inkişafdan geri qalmağın göstəricisidir.Bu halda qanan qanmaza borcludur!-deyirlər.Və yaxud, məsələyə "qanana bir söz yetər, qanmayana yüz oxu" misalı ilə yanaşsaq,Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun başını aşağı salıb belə görüşləri davamlı etməsi məqsədəuyğundur.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın