“Qanuni oğrular”ın axtarışda olan rəhbərlərindən Şamil Əmirov İstanbulda saxlanıldı

“Qanuni oğrular”ın axtarışda olan rəhbərlərindən Şamil Əmirov İstanbulda saxlanıldı 

Rusiyada fəaliyyət göstərən “Qanuni oğrular” mütəşəkkil cinayətkarlıq dəstəsinin mavi bülletenlə axtarılan rəhbərlərindən Şamil Əmirov İstanbulda saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat yayıb.

“İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən mütəşəkkil cinayətkar dəstənin üzvü olan və dələduzluq etdiyinə görə “İnterpol” tərəfindən mavi bülletenlə axtarışa Şamil Əmirovun İstanbulun Sarıyer qəsəbəsində yaşadığı müəyyən edilib və keçirilən “Qəfəs-15" əməliyyatı ilə saxlanılıb”, - A. Yerlikaya bildirib.

Nazir qeyd edib ki, beynəlxalq və yerli mütəşəkkil cinayətkar qruplara və narkotik tacirlərinə qarşı mübarizə getdikcə daha da artırılacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər