"QARABAĞDAN İMTİNA EDƏN RUSİYA DEYİL" -

"QARABAĞDAN İMTİNA EDƏN RUSİYA DEYİL" - Putin Ermənistanı günahlandırır

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanın MDB və KTMT tədbirlərini iqnor etməsinə münasibət bildirib.

APA.az-ın Moskva müxbiri xəbər verir ki, illik mətbuat konfransında Putin Moldova və Ermənistanın inteqrasiya layihələrindən imtina etməsi təhlükəsi ilə bağlı sualı cavablandırıb.

O bildirib ki, Rusiya öz inteqrasiya planlarını bu prosesin iştirakçıları ilə könüllülük şəraitində qurur:

“Moldova bu inteqrasiya prosesindən imtina edirsə, bu, onların seçimidir. Moldova Avropanın ən kasıb ölkəsidir. Hazırda Ukrayna həmin mövqedədir. Bizim üçün Moldovanın MDB-də olmasının elə də dəyəri yoxdur. O ki qaldı Ermənistana, düşünmürəm ki, Ermənistanın MDB və ya Avrasiya İttifaqı , KTMT üzvlüyünə xitam verilməsi onun maraqlarına uyğundur”.

Putin həmçinin, bəyan edib ki, Qarabağdan imtina edən Rusiya deyil.

“Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistandır və erməni tərəfdaşlar belə bir qərarın qəbulu ilə bağlı Rusiya tərəfinə xüsusi məlumat verməyiblər”, - o vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər