“Qarşımda soyunsa, mən Afaq Aslana 50 manat vermərəm” - Əli Mirəliyevdən ŞOK SÖZLƏR
“Əli Mirəliyev babamın babası ilə yaşıddır və mən onun nəticəsi yerindəyəm.
O deyir ki, guya Afaq Aslanı tanımır. Verilişdən sonra məni bağ evinə dəvət edib gəl bir somavar çayı içək deyəndə bilmirdi ki, mən Afaq Aslanam?! Pişiyin ağzı ətə çatmayanda deyir ki, ət iylənib. Uzaqdan gələn kor belə balığın iyindən bilir ki, bu şor balıqdır”.
Bu fikirləri müğənni Afaq Aslan səsləndirib.
Afaq Aslan daha sonra əlavə edib ki, mən Əli Mirəliyevə bundan sonra da 100 il ömür arzu edirəm.
“Mən ona ölüm arzulamıram ki, qoy “Ölməz Kaşşey” kimi yaşasın. Mənim 1 milyona soyunmağım şəxsi işimdir və şəxsi məsələlər toxunulmazdır”.
Məsələ ilə bağlı müğənni Əli Mirəliyevlə əlaqə saxladıq. O, Bizim.Media.az-a açıqlamasında Afaq Aslan adında müğənnini tanımadığını bildirdi:
“Ola bilsin ki, hansısa tədbirdə bir yerdə olmuşuq. Mən də centlmenlik edib onu çaya dəvət etmişəm. Burda pis nə var ki?!”
Bu xəbər üçün şərh yazın