Qaya Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR
31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd olan Qaya Məmmədov seçiciləri ilə səyyar görüşlərini davam etdirir.
Namizədin seçicilərlə növbəti görüşü Qaraçuxur qəsəbəsində baş tutub.
"Bu gün Qaraçuxur qəsəbəsində daha beş ünvana gedərək seçicilərlə səyyar görüşlər keçirdik.
Cəlal Qurbanov küçəsi məhəllə 4042/60 bina 1, Cəlal Qurbanov küçəsi məhəllə 4042/60 bina 2, Cəlal Qurbanov küçəsi məhəllə 4042/60 bina 5, Muxtar Fətəliyev küçəsi 7 və Əhməd Mehbalıyev küçəsi 7 ünvanlarında sakinlərlə görüşərək onlara platformamız barədə məlumat verdik və suallarını cavablandırdıq. Hörmətli sakinlərimiz qanunvericilik prosesi, sosial məsələlər və rayonun inkişafı ilə bağlı dəyərli fikirlərini ifadə etdilər. Seçicilərimizin seçki prosesinə marağı, bizə olan inamı və dəstəyi bizi daha da ruhlandırır" - deyə namizəd bildirib.
Bu xəbər üçün şərh yazın