Qaya Məmmədovun seçicilərlə səyyar görüşləri davam edir - FOTOLAR
31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd olan Qaya Məmmədov seçiciləri ilə səyyar görüşlərini davam etdirir.
Namizədin seçicilərlə növbəti görüşü Yeni Günəşli və Qaraçuxur qəsəbəsində baş tutub.
“Yeni Günəşli və Qaraçuxurda daha üç ünvanda - Yeni Günəşli AB yaşayış sahəsi, bina 157, bina 80 və Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi bina 4 ünvanlarında sakinlərlə görüşərək platformamızı izah etdik və onların suallarını cavablandırdıq. Hörmətli seçicilərimizin məşğulluq, sosial təminat, çoxmənzilli bina təsərrüfatı, kommunal xidmətlər, küçələrin işıqlandırılması və digər məsələlərə dair dəyərli fikirlərini dinlədik”,- namizəd bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın