Qaz Emalı Zavodunun direktoru dəyişdi

Qaz Emalı Zavodunun direktoru dəyişdi 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Emalı Zavodunun direktoru dəyişib.


"DİA-AZ" xəbər verir ki, Sinan Girgin zavodun rəsmən direktor vəzifəsinə təyin edilib.

Buna qədər sözügedən vəzifədə Aqşin Paşayev Şəmşəd oğlu olub.

Aqşin Paşayev Zavod yarandığı gündən orada müxtəlif vəzifələrdə, 2009-cu ildən isə zavodun direktoru vəzifəsində çalışıb.

Sinan Girgin isə 2023-cü ildən bu zavodda rəhbərlikdə çalışıb.Bundan öncə Türkiyənin "Tüpraş" və "Akyak Ticaret A.Ş." kimi şirkətlərində işləyib.

Qeyd edək ki, Qaz Emalı Zavodu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə SOCAR-ın strukturuna daxil edilib. Zavod təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalını, təmizlənmiş təbii qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat kimi məhsulların istehsalını həyata keçirir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi