"Qazaxıstan idarəolunmaz infilyasiya artımı ilə üzləşib" - Kasım-Jomart Tokayev
Qazaxıstan iqtisadiyyatı idarəolunmaz infilyasiya artımı ilə üzləşib.
TASS agentliyi xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
“Milli bank və hökumət dünyadakı tendensiyalara istinad edərək onun qarşısında gücsüz hala gəliblər. Bu cür bəhanələr milli iqtisadiyyatın həssaslığını ortaya çıxarır”, - o deyib.
Onun sözlərinə görə, Milli Bankın və Nazirlər Kabinetinin əsas vəzifəsi infilyasiyanı yenidən 4-6 % səviyyəsinə qaytarmaqdır.
Qeyd edək ki, iyun ayının yekunlarına görə Qazaxıstanda infilyasiya səviyyəsi 7,9 % təşkil edib. May ayında isə bu göstərici 7,2 % olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın