Qazaxstan Aqrar Elmlər üzrə Milli Akademiyasına azərbaycanlı alim xarici üzv seçilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik İbrahim Cəfərov Qazaxıstan Aqrar Elmlər üzrə Milli Akademiyanın Rəyasət Heyətinin qərarı ilə həmin akademiyanın Xarici üzvü kimi akademik seçilib.
Faktinfo.az xəbər verir ki, bu barədə məlumatı akademik İbrahim Cəfərov özünün şəxsi sosial media hesabında yazıb və sözügedən təltiflə bağlı məktubu paylaşıb.
"Dəyərli dostlar,qardaş Qazaxstandan xoş xəbər var.Aqrar Elmlər üzrə Milli Akademiyanın Rəyasət Heyətinin qərarı ilə həmin akademiyanın Xarici üzvü kimi akademik seçildim. Xəbəri və rəsmi məktubu bu gün almışam."
Onu da qeyd edək ki,İbrahim Cəfərov, bitki mühafizəsi üzrə respublikada yeganə doktor,professordur.
O,həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü kimi,Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan yeganə şəxsdir.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın