Qəbələ rayonu Xırxatala kənd sakinləri tərəfindən ŞİKAYƏT -Elektrik xəttlərinin qəzalı vəziyyətdə olmasına görə çox əziyyət çəkirik
Biz Qəbələ rayonu Xırxatala kənd sakinləri qazsızlığa və elektrik xəttlərinin qəzalı vəziyyətdə olmasına görə çox əziyyət çəkirik.
Həmçinin elektrik dirəklərinin olmamasına görə həyatımız ciddi təhlükə altında olsada aidiyyatı orqanlar buna diqqət yetirmirlər.
Faktinfo.az xəbər verir ki,Xırxatala kəndinin 1500 təsərüfatı var,kənd rayon mərkəzindən təxminən 4 km aralıda yerləşsədə indiyə qədər qaz xətti çəkilməyib,buna görə elektrik enerjisindən çox istifadə edilir.
Şikayətdə deyilir: "Evlərimizi elektrik cihazları ilə qızdırır.Elektrik enerjisi çox zəif gecdə verilir lampalar sanki közərir.Kəndin elektirik dirəkləri yoxdur buna görə ağaclardan elektrik dirəkləri düzəltmişik.Bunlar isə tez-tez aşır ki, həyatımız təhlükə altında qalıb.Həttda dirəklər aşıb mal-qaramızı elektrik cərəyanı vurub öldürmüşdür.
Bu mənzərəni təqdim etdiyimz videoda baxıb görəndə təcüblənməyin.Sanki Xırxatala kəndi dövlətin yadından çıxıb.Problemin aradan qaldırlması üçün kənd sakinləri dəfələrlə Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin və Qəbələ Elektrik Şəbəkəsinin rəhbərinin qəbulunda olsaqda heç bir tədbir görməyiblər.Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən kömək istəyirik.Cənab Prezident xahiş edirik Xırxatala kəndinə qaz xəttinin çəkilməsinə, elektrik dirəklərinin tətbiq edilməsinə köməklik göstərəsiniz.
Qəbələ rayonu Xırxatala kənd sakinləri
İbrahimov Ramil Amil oğlu Əlaqə tel; 051 662- 31- 33
Gözəlov Vahab Nasir oğlu
Mehdiyev Əfqan Əli oğlu
Kazımov Faiq Nemət oğlu
Bu xəbər üçün şərh yazın