Qərbi Kaspi Universitetinin müəllimləri Rumıniya Universitetində
Qərbi Kaspi Universitetinin müəllimləri Rumıniyanın Pitesti Universitetində dərs deyiblər. Gunay Mustafayeva psixologiya, Gunel Bahaddinova fizika, Nigar Bağırova isə menecment ixtisası üzrə bilik və təcrübələrini bir həftə ərzində rumıniyalı tələbələrlə bölüşüblər.
Faktinfo.az xəbər verir ki, “Erasmus+” mübadilə proqramı çərçivəsində gerçəkləşən səfər çərçivəsində azərbaycanlı müəllimlər Pitesti Universitetinin metodiki təcrübəsi ilə də tanış olublar.
Qeyd edək ki, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Universitetin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak imkanı yaradır. Hazırda “Erasmus+” və “Mövlanə” mübadilə layihələri çərçivəsində bu ali təhsil ocağının tələbələri dünyanın aparıcı universitetlərində təhsil ala bilir, universitet dünyanın nüfuzlu ali təhsil ocaqları ilə müəllim və metodika mübadiləsi həyata keçirir.
Bu xəbər üçün şərh yazın