Qətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Azərbaycan Milli Kitabxanasında olub

Qətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Azərbaycan Milli Kitabxanasında olub - FOTO

20 noyabr 2023-cü il tarixində Qətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Faisal Abdulla Al-Henzab Azərbaycan Milli Kitabxanasının qonağı olub.

Faktinfo.az-a verilən məlumatda bildirilir ki,görüş zamanı Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova səfiri salamlayıb, onu kitabxanada görməkdən məmnun olduğunu vurğulayıb. Direktor müavini Milli Kitabxananın tarixi, iş rejimi və fondu haqqında danışıb. Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin keçirilməsi haqqında qonağa məlumat verilib.

Səfir Faisal Abdulla Al-Henzab Azərbaycan və Qətər arasında beynəlxalq qarşılıqlı münasibətlərdən danışıb və bu münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. Həmçinin o, səfirlik adından Milli Kitabxanaya Qətərin ədəbiyyatını, tarixini, mədəniyyətini, təbiətini və s. əks etdirən kitablar hədiyyə edib.

Sonda qonağa “Azərbaycan Milli Kitabxanası” fotoalbom, “Bakı simfoniyası” kitabı və Azərbaycanın xəritəsi təqdim olunub.

Qətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Azərbaycan Milli Kitabxanasında olubQətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Azərbaycan Milli Kitabxanasında olub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər