
Qəzaya uğrayan təyyarədə olanların 8-i Zaqataladandır
AZAL-ın qəzaya uğrayan təyyarəsində Zaqataladan 8 nəfər olub.
Lent.az xəbər verir ki, onlardan 6-sı həlak olub, 2-si yaralanıb.
Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.
Həlak olanlar:
Carayev Arif
Carayev Mahir
Carayev Hacı
Ceerov Xizri
Ceerova G.
Siracova Müslümət
Yaralılar:
Siracov Nurulla
Cəlilov Nizami
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın