“Qəzzadakı humanitar böhrana səssiz qalmayacam” - Kamala Harrisdən Netanyahuya sərt xəbərdarlıq

“Qəzzadakı humanitar böhrana səssiz qalmayacam” - Kamala Harrisdən Netanyahuya sərt xəbərdarlıq 

“Bu müharibənin bitməsinin vaxtıdır”.

Bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra verdiyi açıqlamada bildirib.

Qəzzada yaşanan humanitar böhranla bağlı sərt və ciddi bir tonda danışan Harris, Qəzzadakı humanitar böhrana səssiz qalmayacağını vurğulayıb.

Bundan əlavə, atəşkəslə bağlı razılaşmanı təmin etmək üçün perspektivli inkişafların olduğunu bildirən Harris, bu razılaşmanı əldə etməyin vaxtının çatdığını qeyd edib./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi