“Qriqoryanın müstəqil oyunu Paşinyanı narahat edir” – Hakim partiyada narazılıq artır

“Qriqoryanın müstəqil oyunu Paşinyanı narahat edir” – Hakim partiyada narazılıq artır 

"Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qərblə müstəqil oyunundan narahat olmağa başlayıb".

AzPolitika.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Məqalədə qeyd olunur ki, Qriqoryanla hakim “Mülki Müqavilə” partiyasının deputatları arasında münasibətlər gərginləşib. Belə ki, Qriqoryan daim özünü siyasi komandadan ayrı tutaraq gündəmə gəlir.

“Hamı gördü ki, Qriqoryan Qərbdə xüsusi ilə seçilir və hətta onu Paşinyanın varisi sayırlar. Əgər Paşinyan Qərbin tələblərini yerinə yetirməsə və Rusiyaya qarşı dəqiq siyasət aparmasa, o zaman onun yerinə bu istiqamətdə proqramları məmnuniyyətlə həyata keçirəcək Qriqoryanın gəlməsi mümkündür. Partiyadaxili müzakirələr zamanı qeyd olunur ki, əgər Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etmirdisə, indi Armen Qriqoryanın Qərblə müstəqil oyunu onu narahat etməyə başlayıb”, - nəşr yazır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər