Rafael Hüseynov Kolanı kəndində seçicilərlə görüşüb - FOTOLAR
KOLANIDAKI GÖRÜŞDƏ SEÇİCİLƏR DEPUTATLIĞA NAMİZƏD RAFAEL HÜSEYNOVLA KƏNDİN BUGÜNÜ VƏ SABAHI HAQDA DÜŞÜNCƏ BÖLÜŞDÜLƏR
63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynovun Kolanı kənd sakinləri ilə avqustun 21-də keçirilən görüşü xalqımızın və yurdumuzun tarixində müstəsna əhəmiyyət daşıyan Qarabağ zəfərimiz, Kolanının bu qələbədəki imzası ilə bağlı düşüncələrdən başladı.
Rafael Hüseynov bu görüşə şəhid məzarlarını ziyarətdən sonra gəldiyini bildirərək söylədi: “Son onillərin Azərbaycan məzarlıqlarını keçmiş qəbristanlıqlardan fərqləndirən, baxdıqca insanda həm qürur, həm də qəhər oyadan bir mühüm cəhət var.İndi Azərbaycan boyu əksər şəhər və kəndlərimizin məzarlıqlarında, o cümlədən Kolanıda da Azərbaycan bayrağı dalğalanmaqdadır.Bu bayraq və millət uğrunda şəhid düşmüş, Azərbaycana yaddaşlarda əbədi yaşayacaq rəşadət nümunəsi olan qələbə qazandırmış igidlərimizin qovuşduğu torpağımız indi hər zaman olduğundan daha nüqəddəsdir”.
Kolanı kəndinin sosial-iqtisadi inkişafı ilə bağlı son illərdə görülmüş işlərdən bəhs edən Rafael Hüseynov bu istiqamətdə səylərin indən belə də ardıcıl olaraq davam etdiriləcəyini bildirdi.Kolanılı seçicilərin arzu və təkliflərini dinləyən, onların bir qisminin yazılı müraciıtlərini qəbul edən Rafael Hüseynov qaldırılan məsələlərlə bağlı müvafiq qurumlara müraciət edərək problemlərin həllinə mümkün köməklərini göstərəcəyini bildirdi.
Bu xəbər üçün şərh yazın