Rafael Hüseynov Muğan kəndində seçicilərlə görüşüb

Rafael Hüseynov Muğan kəndində seçicilərlə görüşüb - FOTO

“Hacıqabul rayonunun kəndləri arasında Muğan qəsəbəsinin yeri məxsusisdir.

Bir neçə istehsalat müəssisəsinin, istixanaların və digər obyektlərin fəaliyyət göstərməsi əhalisi 6 min nəfərə yaxınlaşan qəsəbədə işgüzar ab-havanı təmin etməklə yanaşı buranı ənənəvi kənd biçimindən daha irəli çıxarır.
2023-cü ildə ən müasir tələblərə cavab verən 640 yerlik üçmərtəbəli yeni məktəb binasının itifadəyə verilməsi qəsəbəni həm zahirən daha cazibəli etmiş, həm də burada onsuz da həmişə üstün səviyyəsi ilə fərqlənmiş təhsil həyatını daha da canlandırmışdır.

Bu qəsəbənin insanları daim zəhmətkeşliyi, təşəbbüskarlğı ilə seçilmiş, Hacıqabulun ictimai həyatında da fəal iştirak etmişlər. Keçmişdə belə olub, bu gün eyni xətt davam etməkdədir, söz yox, gələcəkdə də həmin ritm qorunub saxlanacaqdır”.

Faktinfo.az xəbər verir ki,avqustun 20-də 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd, akademik Rafael Hüseynov Muğan qəsəbəsi sakinləri ilə görüşünü bu sözlərlə başladı.

Bu dəfəki seçkilərin müasir Azərbaycan tarixində yeni bir səhifə olduğunu, müstəqillik illərində ilk dəfə Milli Məclisə seçkilərin torpaqlarımızın düşmən tapdağından tam azad edildiyi, bütün ölkə ərazisində keçirildiyini söyləyən Rafael Hüseynov Muğanlı seçicilərin ötənlərdə olduğu kimi sentyabrın 1-də mütəşəkillik göstərəcəyini, bu seçkilərin də xalq iradəsinin daha bir təntənəsinə çevriləcəyinə əminliyini ifadə etdi.
Muğan qəsəbə sakinlərinin çoxsaylı suallarını cavablandıran Rafael Hüseynov bu qəsəbədən olan müraciətlərə həmişə həssaslıqla yanaşdığını, gələcəkdə də qaldırılan məsələlərin həllinə səlahiyyətləri çərçivəsində köməyini əsirgəməyəcəyini bildirdi.

Qəsəbə sakinləri Muğanda 2804 nəfər seçicinin olduğunu, onların hamısının Rafael Hüseynovu dəstəklədiklərini, bu münasibəti sentyabr ayının 1-də verəcəkləri səslərlə təsdiqləyəcəklərini söyləmişlər.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi