Rasim Balayev:“Şəfiqə kimilər kabinet axtarır, Zeynəb isə...”

Rasim Balayev:“Şəfiqə kimilər kabinet axtarır, Zeynəb isə...” 

“Deyirlər ki, prezident İlham Əliyev ilə görüşün siyahısını Mədəniyyət Nazirliyi hazırlayıb. Adımın siyahıda olmama səbəbini bilmirəm, bu haqda düşünmürəm. Heç kim mənə zəng edib, demədi ki, niyə dəvət olunmamışam?”

Bu sözləri musavat.com saytına açıqlamasında xalq artisti Rasim Balayev deyib.

O, bildirib ki, tədbirə dəvət olunsaydı, Azərbaycan kinosunun vəziyyəti barədə danışardı: “Dəvət olunsaydım, mənim də deyəcəyim sözlər vardı. Mehriban Zəkinin Allah canını sağ eləsin. Mənim ürəyimdəkiləri dedi. Mən də getsəydim, kinomuzun problemlərini dilə gətirəcəkdim.

Kimisi kino üçün çalışır, Şəfiqə kimilər də özünə kabinet axtarır. Şəfiqə Məmmədova deyir ki, Kino İttifaqının binası yoxdur. Ay Şəfiqə, birinci kino olmalıdır, sonra onun ittifaqına bina axtarılmalıdır.

Zeynəb Xanlarova da deyir ki, şikayət etməyin. Camaatın ildə bir dəfə prezidenti görüb, fikirlərini deməsi normaldır. Sənət adamlarının problemləri deyilməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş zamanı M.Zəki film sahəsinə diqqət ayrılmasını və kinostudiyanın təmir olunmasını  istəyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər