Razi Nurullayev: “Mən azərbaycanlı adında xalq tanımıram, biz hamımız türkük”

Razi Nurullayev: “Mən azərbaycanlı adında xalq tanımıram, biz hamımız türkük” 

Milli Məclisin deputatı Razi Nurullayev bu günlərdə qatıldığı debatlardan birində “Bir millət, iki dövlət” anlayışı nəzəri bir yanaşmadır və onun hüquqi əsası yoxdur” fikrini səsləndirib.

 Bu fikir sosial şəbəkələrdə ciddi şəkildə ittiham olunub və fərqli müzakirələrə səbəb olub.

Editor.az məsələyə aydınlıq gətirmək məqsədilə Razi Nurullayevlə əlaqə saxlayıb. Millət vəkili bildirib ki, “Bir millət, iki dövlət” nə zamansa elə bir dövlətə də çevrilə bilər:

” İndiki halda iki dövlət olsaq belə Türkiyə ilə bir çox məsələlərdə  siyasi, iqtisadi cəhətdən daha da uzlaşa bilərik. Amma bu gün Türkiyə və Azərbaycanın iqtisadiyyatı, qanunları, sərhədləri tamamilə ayrıdır. Türkiyə ilə xarici siyasətdə bir-birimizi qardaş kimi müdafiə edirik, bir dövlətçilik mövqeyi nümayiş etdiririk və etdirməliyik. Çünki Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir. Ümumiyyətlə, mən azərbaycanlı adında xalq da tanımıram. Biz hamımız türkük, kökümüz birdir, bir xalqıq, amma ayrı-ayrı dövlətlər… Mən istərdim ki, bir çox məsələlərdə də birgə olaq. Ona görə bu ifadəni işlətmişəm ki, hərkəs elə düşünür ki, biz tam bir dövlətik. Axı biz millət olaraq bir olsaq da dövlət olaraq ayrıyıq, insanlar bunu anlamır.


Sərhədlərimiz, iqtisadiyyatımız, qanunlarımız ayrıdır. Azərbaycan vətəndaşı gedib Türkiyədə istədiyi işdə işləyib istədiyi maaşı ala bilməz. Bir çox siyasətçilər belə bir populizmə gedirlər və insanların da bu xoşuna gəlir. Bu gün Türkiyə üçün azərbaycanlılar ölümə getməyə hazırdır. Eynilə Azərbaycan üçün də Türkiyə… Biz 44 günlük müharibədə Türkiyənin dəstəyinin şahidi olduq.


Mən də istərdim ki, bu dostluq daha da möhkəmlənsin, ümumiyyətlə sərhədlər aradan götürülsün. Qardaşlığımızın davamı olaraq Türkiyə ilə bir dövlətə çevrilməyin tərəfdarıyam”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi