Razi Nurullayev qalmaqallı videosundan danışdı: “Nə vaxtdan ayıb olub?”

Razi Nurullayev qalmaqallı videosundan danışdı: “Nə vaxtdan ayıb olub?” 

81 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin sosial şəbəkələrdəki son paylaşımı müzakirələrə səbəb olub.

Onun yataq otağında idman hərəkətlərini çəkib paylaşması birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Konkret.az-a danışan Razi Nurullayev onu tənqid edənləri başa düşmədiyini deyib.

"Haqqımda yazılanlar başadüşülən deyil. Mənə maraqlıdır, müalicə məqsədilə idman hərəkətləri etmək nə vaxtdan ayıb olub? İdman nə zamandan pis əməl olub? Bunu mənfi hal kimi dəyərləndirib, əleyhimə yönəldənlərə ayıb olsun".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər