"Razi Nurullayev siyasətdə təsadüfi bir adamdır"

"Razi Nurullayev siyasətdə təsadüfi bir adamdır" - VİDEO

"Siyasi fəaliyyətin siyasi müstəvisi, şəxsi həyatın da şəxsi həyat müstəvisi var.

Bu ikisini bir-birinə qarışdırmaq olmaz. Əgər özünü millət vəkili kimi təqdim edib bu hərəkətləri edirsə, bu yolverilməzdir, ancaq sadə bir Azərbaycan vətəndaşı, xəstəliyi olan bir insan kimi bunu edirsə, heç bir qəbahət yoxdur".

Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu, Razi Nurullayevin seçkiöncəsi təbliğat kampaniyası dövründə paylaşdığı sonuncu videoya mübasibət bildirərkən deyib.

Videoda R.Nurullayevin "qrija" üçün etdiyi hərəkətləri tənqid edən S.Cəlaloğlu Azərbaycan ictimai mühitində belə hərəkətlərin birmənalı qəbul edilmədiyini deyib: "Mən Razi Nurullayevi ciddi bir siyasətçi kimi qəbul etmirəm. Bu hərəkətlərlə guya özünü orijinal təqdim etmək istəyir. Hər bir xalqın özünəməxsus baxışı var. Amerikada, Avropada ola bilər ki, bu təqdir olunsun, Ancaq Azərbaycanda təqdir olunmasın. Biz bu videonu Azərbaycan xalqına təqdim ediriksə, onun zövqünə, dünyagörüşünə, mədəniyyətinə, tarixinə uyğun davranmalıyıq. Avropada belə millət vəkilləri olur, ancaq onu Azərbaycanda yamsılamaq effekt vermir".

S.Cəlaloğlu qeyd edib ki, bir neçə siyasətçi də var ki, ictimaiyyət qarşısında qeyri-adekvat hərəkətləri ilə yadda qalıblar: "Bir siyasətçi saatlarla başı üstə durur, bir başqası studiyada boks hərəkətləri edir, hərənin bir cür xasiyyəti var. Razi Nurullayev də siyasətdə təsadüfi bir adamdır. Hökumətin maraqlarına uyğun bir mövqeyi olduğu üçün onu üzdə saxlayırlar. Yoxsa, onun millət vəkili seçilməsi mümkün deyil".

Sitat.İnfo

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi