Rəcəb Babaşovun təhqir etdiyi məmur: “Rəhbər işçini danlayar da…”
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sentyabrın ilk həftəsində, rayon ictimaiyyətinin iştirakı ilə qəbul keçirib. Qəbulda müzakirə olunan məsələlərdən biri də erkən nikahlar mövzusu olub.
Sosial şəbəkələrdə yayımlanan xəbərlərə görə, müzakirə zamanı icra başçısı Rəcəb Babaşov tərəfindən Kosalar kənd icra nümayəndəsi Bəxtiyar Əmirovun ünvanına nalayiq ifadələr işlədilib. Qəbulda qadınların olmasına baxmayaraq, icra başçısı “kənd sovetini” söyüşlərlə təhqir edib.
Məsələ ilə bağlı Qazax rayon İcra Hakimiyyətiylə əlaqə saxladıq. İcra Hakimiyyətindən Bizim.Media.az-a bildirdilər ki, yayılanlar şayiədən başqa bir şey deyil və “yaxşı olar ki, Kosalar kənd nümayəndəsi Bəxtiyar Əmirovla əlaqə saxlayasınız”.
İcra Hakimiyyətindəkinin məsləhətinə uyğun olaraq Bəxtiyar Əmirovu aradıq. O, belə bir iclasın olduğunu təsdiqlədi.
“İclasda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı söhbət gedib. Mən də çıxış etmişəm. Çünki, məktəbli qızı qaçıran şəxs bizim kəndin sakinidir. Doğrudur, baş verən məsələ İcra başçımızı çox əsəbiləşdirmişdi. Dedi ki, “bəs, siz hara baxırsınız?”. Hamımızı danladı.
Amma söyüş söhbəti yalandır. Kim yazıbsa qərəzli yazıb. Çünki, iclasda çoxlu sayda qadın-qız var idi. Bir də ki, rəhbər işçini danlayar də… Burda nə var ki?!”
Qeyd edək ki,baş tutan iclasda icra başçısı Rəcəb Babaşov tərəfindən Kosalar kənd icra nümayəndəsi Bəxtiyar Əmirovun ünvanına nalayiq ifadələr işlədilməsinə dair xəbərlər yayılıb.
R.Babaşovun icra nümayəndəsini təhqir etmə səbəbi kimi Kosalar kəndində yetkinlik yaşına çatmayan qız uşağının ailə həyatı qurması olub. Bundan sonra o, kənd icra nümayəndəsinin təhqir etməyə davam edib, nalayiq ifadələrdən istifadə edərək söyüb.
***
Bu barədə 32gun.az-a qəbulda iştirak edən icra nümayəndələrindən biri (adının açıqlanmasını istəməyən şəxs) məlumat verib.
Onun sözlərinə görə, məsələnin bu yerə çatmasının səbəbi, yetkinlik yaşına çatmayan qızın ailə qurması ilə bağlı icra hakimiyyətinə məluat verilməməsi olub.
Həmçinin, Rəcəb Babaşov bildirib ki, bundan sonra hansısa kənddə belə bir hal baş verərsə, ... (icra başçısı nalayiq ifadələrinə davam edib).
Eyni zamanda, icra başçısı rayon da özünü "vor v zakon" kimi aparır. R.Babaşov, onun sözünə əks hərəkət edəcək şəxslərə "var-yox" söyüşü söyüb (nalayiq ifadələrinə davam edir).
Maraqlısı bundadır ki, Rəcəb Babaşovun qəbulunda qadınlar olmasına baxmayaraq, o, söyüşlü ifadələrindən rahatlqıla istifadə etməyə davam edib.
Bu xəbər üçün şərh yazın